AZ

MSK ilkin nəticələri açıqladı: "Gurcu arzusu" qələbəsini qeyd edir

Mərkəzi Seçki Komissiyası isə saat 20:00-a olan seçki aktivliyini açıqlayıb. MSK-ya görə, seçkidə aktivlik 58,94% olub, yəni seçkidə 2 milyon 60 min 412 nəfər iştirak edib. 

MSK bildirir ki, təxminən 70% məntəqədə səslərin sayılmasından sonra Gürcü Arzusu təxminən 53% səs toplayıb. Sonrakı yerlərdə Dəyişikliklər Naminə Koalisiya (11,19%), Birlik-Milli Hərəkat Koalisiyası (9,79%), Güclü Gürcüstan koalisiyası (9,05%) və Qaxariya Gürcüstan Naminə Birliyi (8,26%) qərarlaşıb.

Gürcüstanda ilkin ekzitpol nəticələrinin açıqlanmasından sonra prezident Salome Zurabişvili seçkidə müxalifət partiyalarının ümumilikdə 52%-lik səslə qalib gəldiyini açıqlayıb. 

Hakim Gürcü Arzusu Partiyası isə öz qələbəsini bayram edir. "Gürcü Arzusu"nun fəxri rəhbəri Bidzina İvanişvili tərəfdarlarına müraciət edərək, onlara səslərə görə təşəkkür edib. 

Dəyişikliklər Naminə Koalisiyasının liderlərindən Nika Qvaramiya isə “Gürcü Arzu”sunun məğlub olduğuna əminliyini bildirib. O, hakim partiyanın ekzitpoll nəticələrinə görə, 70-dən az mandatı olduğunu iddia edib. Müxalifətdə yer alan Gürcüstan Naminə Koalisiyanın rəhbəri Georgi Qaxariya isə müxalifəti səslərin müdafiəsinə fokuslanmağa çağırıb. 

Müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava koalisiya hökumətinin formalaşdırılması üçün danışıqlara hazırlaşdıqlarını bildirib.

Seçilən
39
35
turan.az

10Mənbələr