AZ

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqladı

Gürcüstanın Mərkəzi Seçki Komissiyası 2206 seçki məntəqəsində səslərin hesablanmasından sonra ilkin nəticələri açıqlayıb.

 

MSK-nın məlumatına görə, hakim “Gürcü Arzusu” partiyası parlament seçkilərində 52,991% səs toplayıb.

 

Gün ərzində partiyaya 935 004 seçici səs verib. Ən çox səs toplayan müxalifət koalisiyası “Dəyişiklik üçün Koalisiya” 11,2% (197 619 səs) səs toplayıb.

 

Qeyd edək ki, səsvermə 3111 seçki məntəqəsində baş tutub.

 

APA

Tarix: 26 Oktyabr 2024, 22:59   
Seçilən
16
17
pravda.az

10Mənbələr