AZ

Gürcü arzusu narazıdır

Gürcüstanın hakim partiyası Gürcü Arzusu – Demokratik Gürcüstan parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.


News365.az xəbər verir ki, bu sözləri partiyanın icraçı katibi Mamuka Mdinaradze brifinqdə deyib.


“Səmimi şəkildə deməliyəm ki, biz bir az daha çox gözləyirdik”, - o nəticələr haqda vurğulayıb.


Qeyd edək ki, ötən parlamentdə Gürcü Arzusunun 84 deputatı vardı.


Hazırda səslərin 69,94%-i sayılıb. İndiki nəticələrə görə, Gürcü Arzusu 52,98% səslə liderdir. Birlik – Milli Hərəkat koalisiyası – 9,08%, Dəyişiklik üçün Koalisiya 11,99% səs toplayıb.

Seçilən
25
35
news365.az

10Mənbələr