AZ

Mikayıl Cabbarov TDT Baş katibi ilə iqtisadi tərəfdaşlığı müzakirə edib - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbula səfər çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyevlə görüşüb.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib.

Bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanaraq təşkilatın fəaliyyətinin türk dövlətlərinin iqtisadi potensialından səmərəli istifadə edilməsi və birgə layihələrin həyata keçirilməsinin təşviqi baxımından mühüm əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir.

Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Bununla yanaşı, İstanbulda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır ilə görüşüb.
 

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub. İqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi imkanları qeyd edilib. Ölkələrimizin iqtisadi birliyini gücləndirmək, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığı dəstəkləmək və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi arasında əlaqələri genişləndirmək üçün mövcud imkanlardan istifadənin vacibliyi vurğulanıb.


Tərəflər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparıblar.


Bizim.Media

Seçilən
5
14
bizim.media

10Mənbələr