AZ

Rusiyada evlənənlərin GÖZÜ YAŞLI

Rusiya Prezidenti Vladimir Putin əcnəbilərlə qondarma nikahlara qarşı qanun imzalayıb.

Publika.az xəbər verir, sənəd hüquqi informasiya portalında dərc olunub.

Qanuna görə, Rusiyada müvəqqəti yaşamaq üçün müraciət etməzdən əvvəl əcnəbi həyat yoldaşı ən azı üç il rus kişisi (rus qadını) ilə nikahda yaşamalıdır. Boşanma halında yaşayış icazəsi ləğv ediləcək.

""Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına gəlmək qaydası haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunlara dəyişikliklər edilir", - qanunda deyilir.

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinin daha əvvəl izah edib ki, Rusiyada yaşayış icazəsi almaq üçün 4,3 mindən çox uydurma nikah bağlanıb.

Seçilən
23
3
publika.az

4Mənbələr