AZ

"Hörümçək adam"ın dördüncü filmi bu tarixdə yayımlanacaq

"Hörümçək adam"ın dördüncü filmi 2026-cı ilin iyulunda nümayiş olunacaq.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın "Sony Pictures" kino şirkəti məlumat yayıb.

Məlumata görə, yeni filmdə ingilis aktyoru Tom Holland əvvəlki "Homecoming", "Far From Home" və "No Way Home" filmlərindən ibarət trilogiyada olduğu kimi yenidən super qəhrəman rolunu oynayacaq.

Yeni filmin rejissoru “Şanq-Çi və on üzük əfsanəsi” filmi üzərində işləyən Daniel Destin Kretton olacaq.


Müəllif: Arzu
Seçilən
31
teleqraf.com

1Mənbələr