AZ

Himnimizlə bağlı sualı bilmədi — Oktay Kaynarca əsəbiləşdi (VİDEO)

Türkiyədə yayımlanan "Kim milyonçu olmaq istəyir?" verilişində Azərbaycanla bağlı daha bir sual səsləndirilib.

Axşam.az xəbər verir ki, proqramda "Sən olasan Gülüstan" misrasının hansı ölkənin himnində istifadə olunduğu soruşulub.

Variantlar arasında Azərbaycan, ABŞ, Fransa və Meksika olub. Lakin iştirakçı cavablardan heç birini seçə bilməyib və auditoriyadan yardım alıb. Bu isə şounun aparıcı Oktay Kaynarcanı əsəbiləşdirib. O, iştirakçıdan "Gülüstan" sözünü hansı amerikalı və ya fransızın istifadə edəcəyini sual edib.

 

Seçilən
30
demokrat.az

1Mənbələr