AZ

Gürcüstanda səsvermədə seçici fəallığı 50 faizi ötüb

Gürcüstanda seçkilərdə seçici fəallığı 50,6 faiz olub, 1 milyon 768 min 816 seçici məntəqələrə gəlib.

Azpost.info bildirir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının saat 18.00-a olan məlumatında deyilir.

Bölgələr üzrə faiz bölgüsü aşağıdakı kimidir: Sameqrelo-Zemo-Svaneti – 47,84%; Tbilisi – 52,42%; Kaxeti – 51,33%; Mtsxeta-Mtianeti – 51,93%; Kvemo Kartli – 42,29%; Şida Kartli – 50,67%; Samtsxe-Cavaxeti – 52,38%; Raça Leçxumi – 61,81%; İmereti -51,26%; Quriya – 53,74%; Acarıstan – 53,05%.

Gürcüstanda parlament seçkiləri keçirilir. Oktyabrın 26-da keçirilən seçkilərdə seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir.

Seçilən
21
1
azpost.info

2Mənbələr