AZ

TƏCİLİ! İranda TERROR: 10 polis ÖLDÜRÜLDÜ

İranın Sistan və Bəluçistan vilayətinin Təftan bölgəsində yerləşən Qouhar Kuh rayonunda törədilən terror aktı nəticəsində ən azı 10 hüquq-mühafizə orqanı əməkdaşı həyatını itirib.

Bakuinfo.net xəbər verir ki, bu barədə İslam Respublikasının polisi məlumat yayıb.

Hadisənin təfərrüatlarını araşdırmaq üçün İranın daxili işlər naziri İskəndər Momeni xüsusi istintaq qrupunun yaradılmasını tapşırıb.

İranın Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, terror aktı nəticəsində xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib, lakin onların dəqiq sayı açıqlanmayıb.

Sistan və Bəluçistan vilayəti polis idarəsinin açıqlamasına əsasən, hələlik heç bir terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə ilə əlaqədar bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətə nəzarət etmək və istintaq aparmaq üçün xüsusi təhqiqat qrupları əraziyə göndərilib.

Seçilən
9
2
bakuinfo.net

3Mənbələr