AZ

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb (FOTO)

Bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

QAZÍLER.AZ  Trend-e istinaden  xəbər verir ki, onların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub.

Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Seçilən
8
22
qaziler.az

10Mənbələr