AZ

Rusiyada məhbuslar həbsxanadan qaçıb

Rusiyanın Lipetsk şəhərindəki 2 saylı islah həbsxanasından 6 məhbus qaçıb. Bu barədə şəhərin qubernatoru İqor Artamonov açıqlayıb.
 
Onun sözlərinə görə, onların axtarışı ilə Penitensiar Xidmət, Daxili İşlər Nazirliyi, Rosqvardiya və FSB-nin regional xidmətləri məşğul olur.

"Mən başa düşürəm ki, bu xəbər narahatlığa səbəb ola bilər, amma xahiş edirəm ki, panikaya düşməyin", - Artamonov bildirib. 

www.anews.az
Seçilən
8
2
anews.az

6Mənbələr