AZ

Futbol hakimləri yol nişanını oğurladı, UEFA belə cəzalandırdı

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nəzarət və nizam-intizam komitəsi sərxoş halda yol nişanını oğurlayan polşalı hakimlər Bartoş Frankovski və Tomaş Musialı diskvalifikasiya edib.

QAZÍLER.AZ  Lent.az-a istinadla bildirir ki, etik davranış qaydalarını pozduqlarına, həmçinin idmanı və UEFA-nı nüfuzdan saldıqlarına görə hər iki hakim 2025-ci ilin iyun ayına kimi qurumun himayəsində olan oyunlardan kənarlaşdırılıb.

Nəzərinizə çatdıraq ki, sərxoş vəziyyətdə olan hakimlər oğurlanmış lövhə ilə polis tərəfindən saxlanılıb. Onlar Kiyev “Dinamo”su ilə “Reyncers” arasında keçirilən oyunu aparmalı idilər. Sonradan məlum olub ki, Polşa Futbol Assosiasiyası onları 90 gün müddətinə futboldan kənarlaşdırıb.

 

 

Seçilən
6
2
qaziler.az

3Mənbələr