AZ

Prezident İlham Əliyevin XVI BRICS Sammitində çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyə sadiqliyini bir daha təsdiq etdi - Azər Qarayev

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin XVI BRICS Sammitində çıxışıregional əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasındapolitoloq Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Kazan şəhərindəkeçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatındaetdiyi çıxış, Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyəsadiqliyini bir daha təsdiq etdi.

"Azərbaycan 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliketməklə bu prinsipi təsdiqləyib və dünya səhnəsində öz mövqeyinigücləndirib. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Asiya vəAvrasiyada siyasi əməkdaşlıq təşəbbüslərinə önəm verdiyini, AsiyadaQarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədrikimi öz təcrübəsindən istifadə etdiyini vurğuladı. Bu çərçivədə,Azərbaycan regionda daha geniş iqtisadi və siyasi əlaqələrinqurulmasına səy göstərir", - o əlavə edib.

A.Qarayev vurğulayıb ki, Azərbaycanın Avrasiya nəqliyyat mərkəzivacib rol oynayır:

"Prezident İlham Əliyev çıxışında Azərbaycanın həm “Şərq-Qərb”,həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərində strateji birləşdiriciölkə olduğunu qeyd etdi. Azərbaycan mövqeyi və müasir infrastrukturimkanları ilə bu nəqliyyat yollarının əhəmiyyətli bir hissəsinəçevrilib, tranzit yük həcmini artıraraq qlobal nəqliyyatdəhlizlərinin gücləndirilməsinə və yeni investisiyaların cəlbedilməsinə töhfə verir".

COP29 Beynəlxalq İqlim Konfransından da bəhs edən politoloqəlavə edib ki, Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran digərbir mühüm hadisə isə COP29 Beynəlxalq İqlim Konfransının Bakıdakeçiriləcək olmasıdır:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 200 ölkəninCOP29-un Azərbaycanda keçirilməsi barədə qərarı, ölkənin iqlimdəyişikliyi mövzusunda qlobal əməkdaşlığa verdiyi dəstəyi əksetdirir. Bu tədbir Azərbaycanı Qlobal Cənub və Şimal arasında iqlimüzrə əməkdaşlıq üçün mühüm bir platforma kimimöhkəmləndirəcəkdir".

Prezident İlham Əliyev və baş nazir Paşinyan arasında baş tutangörüşə toxunan A.Qarayev qeyd edib ki, bu görüşü sülhə növbətiaddım kimi saymaq olar.

"Sammit çərçivəsində Prezident İlham Əliyev və Ermənistanın başnaziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirildi. Görüşdəhər iki lider, iki ölkənin xarici işlər nazirlərinə Sülh vəDövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərindəişləri tez bir zamanda tamamlamaları üçün tapşırıq verdilər. Bugörüş, hər iki tərəfin sülh prosesinə sadiqliyini göstərsə də,Ermənistanın əvvəlki razılaşmaları pozma cəhdləri Azərbaycanda bəzisuallar doğurur", - politoloq vurğulayıb.

Seçilən
28
4
az.trend.az

5Mənbələr