AZ

74 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb

Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 min 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 min manatını, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 min manatını, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2 min 530 manatını dələduzluq yolu ilə keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Seçilən
11
50
yeniazerbaycan.com

10Mənbələr