Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak qrup komandamız (Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün fərdi proqramda çıxış edən Məryəm Topçubaşova bürünc medala yiyələnmişdi.
Bolqar mütəxəssis məşqçilərimizə təlim keçib
Bakı turnirində Danimarka 1-ci pillədə
Bakıda keçirilən turnirdə ilk finalçılar bəlli olub
Gimnastımızdan bürünc medal
Gimnastlarımızdan 4 medal