AZ

Gürcüstanda seçici fəallığı 23 faiz təşkil edib

Gürcüstanda parlament seçkilərində seçki məntəqələrinin açılmasından 4 saat sonra seçici fəallığı 22,22% təşkil edib.

Bakupost.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

2020-ci il parlament seçkilərində göstərilən zaman kəsiyində seçici fəallığı 19,41% təşkil edib.

Bundan əvvəl Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani bildirib ki, saat 10:00-a 324 197 seçici (9,27%) seçkilərə gəlib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilir. Seçkidə 18 partiya, o cümlədən 12 ildir hakimiyyətdə olan hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" iştirak edir. Parlamentə daxil olmaq üçün partiyalar beş faizlik baryeri keçməlidir.

Zaur, BakuPost

Seçilən
37
7
bakupost.az

10Mənbələr