AZ

Bakıda məşhur mehmanxana kompleksində DƏHŞƏTLİ YANĞIN - VİDEO

Bakıda məşhur mehmanxana kompleksində DƏHŞƏTLİ YANĞIN - VİDEO

Paytaxtın Nizami rayonundakı “Astoria” mehmanxana kompleksində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının söndürülməsinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Bie neçə saatdan sonra yanğın lokallaşdırılıb və söndürülüb.

Hadisə yerindən videokadrlarda görünür ki, yanğın korpuslardan birində,  fitnes mərkəzinin yerləşdiyi yerdə baş verib.

Binaya güclü ziyan dəyib, onun damı və içərisi yanıb.

Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının səbəbləri də açıqlanmır. Kompleksə ciddi ziyan dəyib.

Videonu BURADAN izləyin.

Seçilən
1281
turan.az

1Mənbələr