AZ

Elbrus Məmmədov vəfat edib

Sumqayıt futbol məktəbinin tanınmış simalarından biri, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.

Arena.az xəbər verir ki, azərbaycanlı mütəxəssis 52 yaşında dünyasını dəyişib.

Məmmədovun ürəyində yaranmış problemə görə dünyasını dəyişdiyi bildirilir. Belə ki, infarkt keçirmiş məşqçini həyatda saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, Elbrus Məmmədov 2014-2016-cı illər aralığında müxtəlif fasilələrlə “Xəzər Lənkəran”ın baş məşqçisi olub. O, Azərbaycanın U-21 millisində baş məşqçi Milan Obradoviçin köməkçisi kimi çalışıb. “Sumqayıt”ın əvəzedici komandasında da baş məşqçi olmuş mütəxəssis “İrəvan” klubunda baş məşqçi vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Seçilən
11
arena.az

1Mənbələr