AZ

Deputat vətəndaşların problemləri ilə maraqlanıb

46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputat Elnarə Akimova seçiciləri ilə növbəti qəbulunu keçirib. Görüşdə bir çox yerli sakin iştirak edərək, onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.
Müraciətlər əsasən sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub. Elnarə Akimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.
Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə də bu cür görüşlərin davam edəcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

3Mənbələr