AZ

COP29 prezidenti BMT baş katibinin müşaviri ilə iqlim təşəbbüslərini müzakirə edib

COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT baş katibinin iqlim məsələləri üzrə xüsusi müşaviri Selvin Hart ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Görüşdə tərəflər iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyəti və iqlim planlarının razılaşdırılmasında hökumətlərin ambisiyalarının artırılması üzrə qarşıdakı COP29 səylərini müzakirə ediblər.

Seçilən
8
12
operativmm.az

10Mənbələr