AZ

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi vəfat etdi

"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov ötən gecə vəfat edib.

 

Bu barədə "Qafqazinfo" məlumat yayıb.

 

Qeyd edək ki, Elbrus Məmmədov Sumqayıt futbol məktəbinin tanınmış simalarından biri olub.

 

O, karyerası ərzində "İnter" və "Xəzər Lənkəran" klublarını çalışdırıb.

 

Elbrus Məmmədov son olaraq Milan Obradoviçin köməkçisi vəzifəsində çalışıb.

Tarix: 26 Oktyabr 2024, 10:39   
Seçilən
16
5
pravda.az

7Mənbələr