AZ

Yıxılaraq boynu qırılan məşhur müğənninin ölümündə Diddi izi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyalı müğənni Liam Peynin ölümündə insan alveri, cinsi təcavüz və seks toplantılarının təşkili ittihamları ilə həbs edilən məşhur reper P.Diddinin (əsl adı Şon Kombs) əli ola bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" xəbər yayıb.
Nəşrdə L.Peynin 2017-ci ildə "Graham Norton" şousunda Diddinin məşhur "white party" adlı tədbirlərində iştirak etməsindən danışdığı xatırladılır. Həmin müsahibədə L.Peyn Diddi ilə ilk tanışlığından qorxu ilə söz açmışdı.
Onun sözlərinə görə, reper ilə tanışlıq onda qəribə hisslər yaradıb, çünki Diddi onunla əl sıxışarkən kinayə ilə gülüb. Bundan əlavə, həmin tədbirdə Beyonsenin həyat yoldaşı, reper Jay-Z ilə də xoşagəlməz hadisə baş verib.
"Jay-Z ilə bağlı bütöv bir hekayə var idi, mən onunla danışmaq üçün əyildim, amma Jay-Z-yə tərər əyilmək olmaz, bu qadağandır. Onun mühafizəçisi məni itələdi və mən otağın o biri başına uçdum", - deyə Liam Peyn bildirmişdi.
Nəşrin məılumatına görə, ölümündən bir qədər əvvəl musiqiçi şou-biznesin sirlərini açmaq və onun çirkin tərəfini göstərmək istəyirdi.
Qeyd edilir ki, hazırda sosial şəbəkələrdə də L.Peynin ölümündə Diddinin əli olması versiyası yayılıb. Bloqerlərdən birinin sözlərinə görə, Liamı reperin qarşıdan gələn məhkəməsində şahid kimi çağırmaq istəyiblər.
Xatırladaq ki, məşhur "One Direction" qrupunun keçmiş solisti Liam Peyn Buenos-Ayresdə hotellərin birində yıxılma nəticəsində aldığı zədə səbəbindən vəfat edib. Daha sonra "ABC News" telekanalı toksikoloji analizin nəticələrinə istinadən L.Peynin qanında müxtəlif narkotik maddələrin qarışığının tapıldığını bildirib.
Seçilən
10
26
oxu.az

10Mənbələr