AZ

Liqa 1: “Renn” 3 xalı tək qolla qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Renn” doğma meydanda “Havr”la qarşılaşıb. Meydan sahibləri bu oyunda 3 xalı tək qolla qazanıblar.

9-cu turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
9-cu tur
25 oktyabr

Renn – Havr 1:0
Qol: A.Qomes, 54.

26 oktyabr

19:00. Anje – Sent Etyen
21:00. Reyms – Brest
23:00. Lans – Lill

27 oktyabr

18:00. Olimpik (Lion) – Oser
20:00. Monpelye – Tuluza
20:00. Nitsa – Monako
20:00. Strasburq – Nant
23:45. Olimpik (Marsel) – PSJ

Seçilən
51
1
arena.az

2Mənbələr