AZ

Mahir Emreli “Nürnberq”də növbəti qolunu vurdu!

Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” klubu Bundesliqa 2-də növbəti oyununa çıxıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı forvardın komandası doğma meydanda “Reqensburq”la qarşılaşıb və rəqibinə 8:3 hesablı darmadağınla qalib.

Sözügedən matçın 23-cü dəqiqəsində komadasının ikinci qolunu məhz Mahir Emrəli vurub.

Qeyd edək ki, M. Emreli daha əvvəl IX turda “Qroyter”lə keçirilən görüşdə ilk qolunu vurmağı bacarıb.

 

Seçilən
27
90deqiqe.az

1Mənbələr