AZ

Ərdoğan Ankaraya terror aktı törədən silahlıların Suriyadan daxil olduğunu açıqlayıb

TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektinə hücum edən terrorçular Suriyadan Türkiyəyə daxil olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Kazandan qayıtdıqdan sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“Biz öyrəndik ki, bu terror aktında Suriyadan terrorçuların sızması faktoru var. Əməliyyatlarımız gecə boyu 40 fərqli nöqtədə aparılıb”, – deyə “Hürriyet” qəzeti Ərdoğanın sözlərindən sitat gətirib.

Qeyd edək ki, oktyabrın 23-də bir qrup yaraqlı Ankarada TUSAŞ aerokosmik şirkətinin ərazisinə daxil olub, terror aktı nəticəsində 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Seçilən
1
1
nocomment.az

2Mənbələr