AZ

182 milyon il əvvəlin canlıları: Yeni faktlar üzə çıxdı

182 milyon il əvvəl yaşamış pterozavrların mədələrinin fosilləşmiş tərkibinin təhlili alimlərə onların yemək vərdişlərini öyrənməyə imkan verib.

Ölkə.az Teleqraf.com-a istinadla xəbər verir ki, elm adamları qanadları 12 metrə çatan nəhəng uçan kərtənkələlərin kiçik balıq və kalamar yediklərini üzə çıxarıblar.

Britaniyanın Portsmut və Almaniyanın Ştutqart universitetlərinin alimləri Yura dövrünə aid iki növ pterozavrın (doriqnatus və kampiloqnatoides) fosilləşmiş mədələrini təhlil ediblər.

Doriqnatusun son yeməyi olaraq kiçik balıq yediyi, kampiloqnatoidesin isə kalamarla qidalandığı üzə çıxarılıb.

Portsmut Universitetindən Samuel Kuperin sözlərinə görə, əvvəllər kampiloqnatoidesin də doriqnatus kimi kiçik balıqlarla qidalandığı düşünülüb.

Bununla belə, bu iki növ pterozavrın fərqli ovla qidalanması doriqnatus və kampiloqnatoideslərin qida üçün çox rəqabət olmadan eyni mühitdə birlikdə yaşamalarına imkan verib.

Seçilən
1
3
olke.az

4Mənbələr