AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - sakit gündür. Tələskənliyə yol vermədən çalışın. Maraqlı saydığınız işlə məşğul ola bilərsiniz. Təkbaşına işləyin, müstəqil olun.

Buğa - çoxdan bəri nəzərdə tutduğunuz məsələni indi gerçəkləşdirmək olar. Uzun müddət görmədiyiniz insanla qarşılaşacaqsınız. İntuisiyanızın səsini dinləyin. O səs sizi aldatmayacaq, bir çox problemlərin həllində yardım edəcək. Alış-veriş etmək olar. Simiclik etməyin.

Əkizlər - ehtiyatlı olun. Ötən günlər həll olunmayan, çözülməyən problemlər indi ciddiləşir, ağırlaşır. Düzgün davranış modelini seçin. Tələsik addımlar atmayın. Emosional və aqressiv olmayın.

Xərçəng - planlaşdırdığınız işləri təkbaşına reallaşdırmaq mümkün deyil. Etibarlı müttəfiq, sınanmış dostun yardımına ehtiyacınız var. Birgə fəaliyyətə nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. Səfərə yollananda bilin ki, yolda nəzərdə tutduğunuzdan artıq vaxt keçirməli olacaqsınız.

Şir - yaxşı tanımadığınız, bələd olmadığınız insanlarla ehtiyatlı davranın. Onların ucbatından problemlərlə qarşılaşa bilərsiniz. Zərərli yad təsir altına düşməyin. Yalançı vədlərə aldanmayın, riskli işlərə qatılmayın.

Qız - günün ilk yarısı xeyli xoş olacaq. Maraq göstərdiyiniz işlə məşğul olun. Dəyər verdiyiniz insanla təmasda olmağı unutmayın. Yeni ideyalar peyda olacaq. Onların arasında iş və ya biznes müstəvisində irəliləyişlər istisna deyil.

Tərəzi - çətinliklər və problemlərdən xali olmayan gündür. Mürəkkəb, qarışıq işlərə başlamaqdan çəkinməyin. Yeni, faydalı biliklər və təcrübə əxz edə bilərsiniz. Aktual probelmlərin öhdəsindən gəlməkdə sizə yardım edəcək insanları tapın.

Əqrəb - risk etməyin, kiçik məsələlərə görə qıcıqlanmayın. Belədə gününüz pis keçməyəcək. Başladığınız işlərdə ehtiyatlı olun. Cari və rutin məsələlərdə sərvaxt davranın. Maraqlı görüş, tanışlıq ola bilər. Yeni ünsiyyətlər perspektivlidir.

Oxatan - hadisələrin nəzərdə tutduğunuz məcrada getməməsi sizi narahat etməsin. Bir qədər gözləyin. Situasiyada müsbət dəyişikliklər olacaq. Düşünülməmiş addımlar atmayın, tələsik qərar verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərini qulaqardına vurmaq olar. Yalnız məntiqli və praqmatik məsləhətləri nəzərə alın.

Oğlaq - məntiqlə və soyuqqanlı şəkildə davransanız, ciddi problemlərdən qurtula bilərsiniz. Planlarınızdan birini məhz indi, hər şeyə rəğmən həyata keçirməyə çalışmayın. Əlverişli anı gözləməyi bacarın. Bunun effektiv taktika olduğunu bir daha anlayacaqsınız.

Dolça - günün ilk yarısında narahatlıq və gərginlik olacaq. Nigaran qalmayın, ciddi problemlər yaranmayacaq. Yaşananları ürəyinizə salmayın. Başqa vaxtlar,

Balıqlar - indiyədək yalnız nəzəri baxımdan təsəvvür etdiyiniz planı reallaşdıra bilərsiniz. Orijinal metodlardan istifadə edin. Məqsədə doğru öz yolunuzu arayın. Məhz bu minvalla uğur əldə bilərsiniz.

Milli.Az

Seçilən
21
mia.az

1Mənbələr