AZ

"Bayer Leverkuzen"in forvardı üçün il bitdi

Almaniya çempionu "Bayer" hücumçusu Amin Adlini uzun müddətə itirib. 

Fanat.Az xəbər verir ki, məlumatı “əczaçılar”ın mətbuat xidməti yayıb. 

UEFA Çempionlar Liqasında “Brest”lə oyundan (1:1) sonra Adlinin baldır sümüyünün sındığı məlum olub. Futbolçu artıq ötən gün əməliyyat olunub. Əməliyyatdan sonrakı reabilitasiya bir neçə ay çəkəcək. Həkimlər oyunçunun ən azı 2025-ci ilin yanvar ayının sonuna kimi meydana çıxa bilməyəcəyini proqnozlaşdırır. Hər şey yaxşı olarsa, hücumçu məhz qışın ikinci ayının sonunda meydana qoşulacaq. 

24 yaşlı Adli bu mövsüm “Bayer”in heyətində 12 matça çıxsa da heç birində qol vurmayıb.

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr