AZ

“Balaca Şahzadə”nin nadir nüsxəsi 1,25 milyona satışa çıxarıldı


Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” romanının yazıçı tərəfindən çoxsaylı əlyazma düzəlişləri ilə yazılmış nadir maşın nüsxəsi satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilib ki, bu, yalnız üç məlum nüsxədən biridir və ilk dəfə olaraq klassik əsərin maşın çapı açıq satışa çıxarılır. Məhz bu əlyazmada məşhur sətirlərin ilk dəfə yazılı şəkildə ortaya çıxdığı güman edilir: “Mən heç kimin məni xilas etməsini istəmirəm”, “Yalnız ürəklə düzgün olanı görə bilərsə. Önəmli olan gözə görünməzdir”.
Yazının qiyməti 1,25 milyon dollardır. O, noyabrın sonunda keçiriləcək “Abu Dabi Art” sərgisində nümayiş etdiriləcək.
Kitabdan başqa şahzadənin iki orijinal eskizi, o cümlədən kitabın son illüstrasiyası olan şahzadənin evə qayıtmasını təsvir edən şəklin ilkin dizaynı və Sent-Ekzüperinin özünün imzaladığı çek olacaq.
Seçilən
47
2
yeniavaz.com

3Mənbələr