AZ

Avropa İttifaqı İsrailin Yaxın Şərqdə 130-a yaxın jurnalisti öldürülməsini pisləyib

Avropa İttifaqı (Aİ) işğalçı İsrail ordusunun 2023-cü ilin oktyabrından Yaxın Şərqdəki münaqişəni işıqlandıran 130-a yaxın jurnalistin öldürülməsini pisləyir.

"AzPolitika" xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrel "X" sosial şəbəkəsində bildirib.

"Jurnalistlər Yaxın Şərqdə münaqişəni işıqlandırarkən yüksək bədəl ödəyirlər. Bu gün Livanda üç nəfər ölüb; Qəzza zolağında son bir ildə təxminən 130 nəfər həlak olub. Biz bunu pisləyirik", - o sosial şəbəkə hesabında yazıb. Borrel vurğulayıb ki, mətbuat azadlığı və jurnalistlərə giriş təmin edilməli və jurnalistlər həmişə qorunmalıdır.

Xatırladaq ki, İsrail ordusu Qəzzada hərbi əməliyyatlar zamanı 10 minlərlə mülki insanı qətlə yetirib.

"AzPolitika.info" 

Seçilən
7
1
azpolitika.info

9Mənbələr