AZ

Mahir Emrelidən tarixi nəticə


Azərbaycan millisinin futbolçusu Mahir Emreli  formasını geyindiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.

News24.az xəbər verir ki, 10-cu turda doğma meydanda "Reqensburq"u qəbul edən "Nürnberq" 8:3 hesabı ilə qalib gəlib. Oyunun 23-cü dəqiqəsində Mahir Emreli hesabı 2:0 edib. 70-ci dəqiqədə əvəzlənən Emreli tarixi nəticəyə imza atıb. 

Belə ki, ilk azərbaycanlı futbolçu kimi Bundesliqa 2-də ardıcıl 2-ci qolunu vurub. 

Qeyd edək ki, 27 yaşlı hücumçu komandasının heyətində ilk qolunu ötən həftə "Qroyter Fyurt"la matçda vurmuşdu. Bundan öncə milliləşdirilmiş futbolçu eyni liqada qol vurub.

Ağa 

Seçilən
14
news24.az

1Mənbələr