AZ

ABŞ və NATO bəşəriyyətin düşmənləridir – Murillo – FOTO

Nikaraqua vitse-prezidenti ABŞ və NATO-nu bəşəriyyətin düşmənləri adlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə onun sözlərini 19Digital rəsmi portalı dərc edib.

Nikaraquanın vitse-prezidenti Rosario Murillo Rusiyanın faşizmə qarşı mübarizəsini və onun dünyadakı əsas rolunu qeyd edərək, ABŞ və NATO-nu “bəşəriyyətin düşmənləri” adlandırıb.

Portalın məlumatına görə, Murillo Nikaraqua nümayəndə heyətinin Kazanda keçirilən BRİCS sammitində iştirakını “ədalətli ticarətin çoxqütblü dünyasının təşviqi” və faydalı əməkdaşlıq üçün mühüm görüş adlandırıb.

Vitse-prezident həmçinin Rusiya ilə həmrəy olduğunu bildirib və sammitə dəvətə görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edib.

“Bu çox mühüm görüşdə biz həmişə olduğu kimi Rusiya Federasiyasının faşizmə qarşı apardığı böyük döyüşü tanıyırıq və faşizmin kim tərəfindən maliyyələşdirildiyi, silahlandırıldığı və dəstəkləndiyini də bilirik. Təəssüf ki, bütün dünya üçün bəşəriyyətin düşməni ABŞ və NATO-dur”, – portal Murillodan sitat gətirib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
0
1
interpress.az

2Mənbələr