AZ

“WhatsApp” mesaj bölməsini dəyişdirdi -

“WhatsApp” mesajlara emoji ilə cavab vermə funksiyasını təkmilləşdirib. Metbuat.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, indi ən çox istifadə olunan emojilər mesaj cavablarında ilk sıralarda görünəcək. Məlumata görə, “WhatsApp” yeniləməni Android üçün Beta tətbiqinin 2.24.22.16 versiyasına həyata keçirib. Yeni funksiya sayəsində xüsusi emojini tapmaq üçün bütün emoji qutusunu açmağa ehtiyac yoxdur. Bildirilir ki, yenilik, istifadəçilərin gündəlik qarşılıqlı əlaqəsini daha praktik edir. Emoji qabı tez-tez istifadə olunan emojilərə üstünlük verir və istifadəçilərə çevik giriş təklif edir. İstifadəçilər emoji seçim qabını yan tərəfə sürüşdürərək “WhatsApp”ın təklif etdiyi 6 standart emojini istifadə etməyə davam edə biləcəklər.

Bildirilir ki, “WhatsApp” emoji limitini aradan qaldıraraq platformada fərdiləşdirməni artırmağı hədəfləyir. Bu funksiya istifadəçilər tərəfindən də tələb olunur.

Seçilən
18
1
metbuat.az

2Mənbələr