AZ

ASTORİYA HOTELİNDƏKİ GÜCLÜ YANĞIN SÖNDÜRÜLÜB, AMMA...

Babək prospektindəki yanğın səbəbindən Nizami rayonu, Fəhlə küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.  

xatırladırıq ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb. Az əvvəl FHN-in Mətbuat xidməti məlumat yaymışdı.

Yanğının səbəbləri araşdırılır. Hadisə şahidlərinin bizə verdiyi məlumata görə, yanğına səbəb Astoriya Hotelinin istilik sistemində istifadə olunan kondisionerlərdəki qızmadan olub. 

Qeyd dək ki, Astoriya Hoteli "Sərin" Şadlıq Sarayına məxsusdur...

Elçin Məmmədli

 

 

Seçilən
30
tezadlar.az

1Mənbələr