AZ

2027-ci ildə ilk turistlər kosmosa çıxarılacaq

Çinin “Deep Blue Aerospace” özəl kosmik şirkəti 2027-ci ilə planlaşdırılan kosmik səyahət üçün ilk iki bileti satıb.

Paralel.az xarici mediaya istinadən xəbər verir ki, ilk sərnişinlər təxminən 12 dəqiqə davam edən səyahətə çıxacaq və kosmosda azı beş dəqiqə çəkisizlik yaşayacaqlar.

Şirkət dünən Çinin “Taobao” onlayn ticarət mağazasında hər biri 1,5 milyon yuan (210 min dollar) dəyərində iki bileti satışa çıxarıb və biletlər dörd dəqiqə ərzində alınıb. Şirkət gələn ay daha bir neçə bilet satmağı planlaşdırdığını bildirib.

Məlumata görə, 2027-ci ildə uçuş zamanı raket kosmosa çatacaq, lakin aşağı Yerətrafı orbitə çıxmayacaq. “Deep Blue Aerospace” kosmos səyahətinin təhlükəsizliyini və etibarlığını təmin etmək üçün növbəti iki il ərzində onlarla sınaq uçuşu həyata keçirəcək.

Seçilən
7
12
paralel.az

10Mənbələr