AZ

Türkiyədə 176 PKK-çı saxlanıldı

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, təhlükəsizlik qüvvələri 31 məntəqədə reydlər keçirib və ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) 176 üzvünü saxlayıb.

Nazirin sözlərinə görə, saxlanılanların yaşayış yerlərində aparılan axtarışlar zamanı narkotik vasitələr və odlu silahlar, həmçinin terrorçuluq fəaliyyətini təsdiq edən sənədlər aşkar edilib.

O, sosial şəbəkələrdə yazıb: “Son terrorçu zərərsizləşdirilənə qədər, millətimizin sülhü, birliyi və həmrəyliyi üçün mübarizəmizi qətiyyətlə davam etdirəcəyik”.
Xatırladaq ki, oktyabrın 23-də TUSAŞ-ın Ankaradakı qərargahının girişində iki partlayış baş verib, bundan sonra atışma başlayıb. 5 nəfər ölüb, daha 22 nəfər yaralanıb. Terror aktını törədən iki nəfər zərərsizləşdirilib. Türkiyə Daxili İşlər Nazirliyi hücumun arxasında Kürdüstan Fəhlə Partiyasının (PKK) olduğunu bildirib. Oktyabrın 24-nə keçən gecə Türkiyə Hərbi Hava Qüvvələri təşkilatın Suriya və İraqdakı 32 hədəfinə zərbələr endirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
27
editor.az

10Mənbələr