AZ

Millimiz pley-offda ilk oyununu KEÇİRDİ

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.

Bizim.Media xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolu 58-ci dəqiqədə Nazlıcan Parlak vurub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Vizelada keçiriləcək.

Bizim.Media

Seçilən
13
7
bizim.media

10Mənbələr