“Parma” klubu baş məşqçisi Fabio Pekkia ilə yeni müqavilə bağlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasında yeni müqavilə 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. O, 2022-ci ilin yayından “Parma”ya rəhbərlik edir.
“Parma” İtaliya çempionatının 8 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Pekkianın komandası A Seriyasının növbəti matçında – oktyabrın 27-də doğma stadionda “Empoli” ilə qarşılaşacaq.