AZ

Deputat Heydər Əsədov vətəndaş qəbulu keçirib -Fotolar



Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının qərargahında vətəndaş qəbulu keçirib.

Qəbul zamanı Heydər Əsədov vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub. Vətəndaşların qaldırdıqları məsələlər əsasən, məşğulluq, sosial müdafiə, təhsil, səhiyyə və digər sahələri əhatə edib.

Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi görüş iştirakçılarının diqqətinə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Deputat dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, problemlərin hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində müvafiq addımlar atıldığını diqqətə çatdırıb.



Seçilən
21
aia.az

1Mənbələr