AZ

Millimiz (Qadınlar) pley-offda ilk oyununu keçirib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.
Millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 58-ci dəqiqədə Nazlıcan Parlak vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Vizelada keçiriləcək.
Seçilən
21
7
affa.az

10Mənbələr