AZ

Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib

Mərkəzi

Azərbaycan Mərkəzi Bankı (AMB) “AtaSığorta” və “Atəşgah” sığorta şirkətlərinə icrası məcburi göstəriş verib.

Xalqcebhesi.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı “AtaSığorta“ və “Atəşgah” Açıq Səhmdar Cəmiyyətlərinə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimlənərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl edilməməsi nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.

Xatırladaq ki, bundan əvvəl AMB "PAŞA Sığorta", "Qala Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta" ASC-lərə eyni səbəbdən icrası məcburi göstəriş verib.

Seçilən
4
34
xalqcebhesi.az

10Mənbələr