AZ

Bakıda məktəbli bıçaqlandı

Bakı. Trend:

Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli ortaməktəbdə bıçaqlanma hadisəsi olub.

Hadisə ilə bağlı Trend Bakı Şəhər Təhsil İdarəsinə sorğuünvanlayıb.

Qurumdan bildirilib ki, hadisə məktəbdə baş verməyib, dərsdənsonrakı zamanda, kənar ərazidə olub.

"25.10.2024-cü il tarixində dərsdən kənar vaxtda (saat 14:10radələrində) məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur)xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlərgörülüb və valideynə məlumat verilib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmaaparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmaaparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssasdavranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinadedilməsi xahiş olunur",- qurumdan əlavə edilib.

Seçilən
8
az.trend.az

1Mənbələr