AZ

Fabio Pekkiya “Parma” ilə yeni müqavilə bağladı

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Parma” klubu baş məşqçisi Fabio Pekkiya ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında yeni müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Əvvəlki sözləşmə bu mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

Fabio Pekkiya 2022-ci ilin yayından “Parma”ya rəhbərlik edir. “Parma” məhz italiyalı mütəxəssisin rəhbərliyi altında uzun fasilədən sonra yenidən A Seriyasına qayıdıb. Amma komandanın cari mövsümdəki çıxışı o qədər də ürəkaçan hesab edilə bilməz.

“Parma” İtaliya çempionatının 8 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Pekkiyanın komandası A Seriyasının növbəti matçında – oktyabrın 27-də doğma stadionda “Empoli” ilə qarşılaşacaq.

Pekkiya “Parma”nı indiyə qədər 93 oyuna çıxarıb. Komanda bu görüşlərdə 43 qələbə qazanıb, 28 heç-heçə edib və 22 məğlubiyyətə üzülüb.

51 yaşlı mütəxəssis “Parma”dan öncə “Kremoneze”, “Yuventus” (U-23), “Avispa Fukuoka”, “Verona”, “Latina” və “Qubbio”da da baş məşqçi kimi çalışıb. O, həmçinin “Napoli”, “Real” (Madrid) və “Nyukasl”da baş məşqçi köməkçisi kimi fəaliyyət göstərib.

Seçilən
23
43
arena.az

10Mənbələr