AZ

Şənbə günü üçün hava proqnozu

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə havanın çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. 

Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 14-16 dərəcə isti olacağı ehtimal edilir. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərində havanın arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Dağlara qar yağacaq. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu aran rayonlarında 13-17 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq.

Seçilən
5
8
turan.az

10Mənbələr