AZ

Röya Ayxanla Rüfətdən duet mahnı!

Xalq artisti, pop kraliça Röya Ayxan və sevilən ifaçı Rüfət Axundov uzun zamandır gözlənilən “Şəhzadəm” adlı duetlərini təqdim edib.

OLAY yazır ki, sözləri Orxan Mürvətliyə, musiqisi Fərid Kərimliyə aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Orçun Mutluya həvalə edilib. 

Qeyd edək ki, sözügedən mahnıya klip pandemiya dövründə çəkilsə də, layihələrdə problem yaranmış, klip də, mahnı da silinmişdi. 

Bu barədə Rüfət Axundov və Röya Ayxanın qısaca məlumat verib: 

Rüfət Axundov bildirib ki, öncə illərlə dostluq etdiyi Röya Ayxana təşəkkür edir və 3 illik aradan sonra klip nəhayət ki, son işıq üzü görüb: 

“Tilsimi qırdıq, şükür klip yayımdadı. Və bu başıbəlalı klipimiz ilk dəfə Türkiyədə çəkildi amma klip yandı. Sonra türk rejissorları Bakıya gətirdik və yenidən “Şəhzadəm”i çəkdik. Əla alındı. Xalq artisti - dostum, fəxrimiz Röya xanıma təşəkkür edirəm, inanıram tamaşaçılar bəyənəcək”.

Xalq artisti Röya Ayxan isə Rüfət Axundova söz verdiyini və nə olursa olsun bu klipin işıq üzü görəcəyini söz verib: “ Mən Rüfətin ailəsiyəm, bacısıyam, dostuyam. Ona 3 il qabaq söz vermişdim, qismət bu günə imiş”.

Layihə bütün rəqəmsal platformalarda təqdim olunub.

Seçilən
15
3
olay.az

4Mənbələr