AZ

“Sumqayıt” Cəsurbek Cəloliddinovu heyətinə qatdı

Özbəkistanın Fərqanə şəhərini təmsil edən “Neftçi” klubunun futbolçusu Cəsurbek Cəloliddinov bundan sonra “Sumqayıt”da oynayacaq.

Arena.az xəbər verir ki, bu barədə Sumqayıtın eyniadlı klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Olimpiadasının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində Özbəkistanın “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” klublarının şərəfini qoruyub. O, “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında da çıxış edib.

Bu ilin yanvarından “Neftçi”də çıxış edən Cəsurbek Fərqanə təmsilçisinin heyətində 10 oyuna çıxıb, 2 qol və 1 assistlə yadda qalıb.

Hücumameyilli yarımmüdafiəçi Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub. 2020-ci ildə əsas yığmada debüt etmiş futbolçuya ondan sonra yığmanın formasını geyinmək hələ ki, qismət olmayıb.

Seçilən
16
24
arena.az

10Mənbələr