AZ

Ramil Vəliyev Romada 15-ci Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib

Azərbaycan cüdo üzrə milli komandasının baş həkimi Ramil Vəliyev Beynəlxalq Olimpiya Komitəsinin təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada keçirilən 15-ci Qabaqcıl Komanda Həkimləri Kursunda iştirak edib.

İdman.biz xəbər verirki, tədbirdə dünyanın 39 ölkəsindən 100-dən çox həkim, ortoped cərrah və fizioterapevt qatılıb.

Kurs Beynəlxalq Olimpiya Komitəsinin Elm və Tibb Komissiyasının təşkilatçılığı ilə idman sahəsində yüksək ixtisaslı komanda həkimləri üçün nəzərdə tutulub. Məşhur idman həkimləri və akademiklər tərəfindən interaktiv mühazirələr və tapşırıqlar vasitəsilə idman tibbində mürəkkəb halların müzakirəsi aparılıb.

İdman.biz

Seçilən
7
5
idman.biz

6Mənbələr