AZ

PKK Türkiyədəki terrora görə məsuliyyəti üzərinə götürdü

Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası (KKK/PKK) oktyabrın 23-də Ankarada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə “Sözcü” telekanalı PKK-nın bəyanatına istinadən məlumat yayıb.

Açıqlamada bildirilir ki, hücumu PKK-nın hərbi qanadı sayılan “Ölümsüz Batalyon” silahlıları həyata keçirib.

Həmçinin ehtimal edilir ki, terror aktı çoxdan planlaşdırılıb və Türkiyənin daxili siyasi hadisələri, xüsusən də kürd məsələsinin müsbət həlli, hakimiyyətin təşəbbüsləri ilə bağlı deyil.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kazandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib ki, Ankarada TUSAŞ müəssisəsində törədilən terror aktı zamanı Suriya izinə rast gəlinib.

"Bu terror hücumunun Suriyadan sızaraq həyata keçirildiyini öyrəndik”, - deyə Ərdoğan vurğulayıb.

Seçilən
17
27
publika.az

10Mənbələr