AZ

"Sumqayıt"dan yeni transfer

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Özbəkistanın “Neftçi” (Fərqanə) klubunda çıxış etmiş Cəsurbek Cəloliddinovla mövsümün sonuna qədər müqavilə imzalayıb. 22 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 77 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı olmuş Cəsurbek Cəloliddinov karyerası ərzində “Bunyodkor”, “Andijan”, “Lokomotiv” (Daşkənd), “Olimpik” (hamısı Özbəkistan), “Lokomotiv” (Moskva), “Tambov” (hər ikisi Rusiya) və “Kayrat” (Qazaxıstan) klublarında çıxış edib. O, Özbəkistanın U-19, U-21, U-23 və əsas milli komandalarının da şərəfini qoruyub.

Seçilən
4
14
unikal.az

10Mənbələr