AZ

Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Oktyabrın 23-də TUSAŞ-ın şəhərciyində törədilən və 5 nəfərin şəhid olmasına səbəb olan terror aktına toxunan Rəcəb Tayyib Ərdoğan Türkiyənin sülhü, təhlükəsizliyi və müdafiəsi üçün çalışan TUSAŞ ailəsinə ''keçmiş olsun'' arzularını çatdırıb.

O, hücuma adekvat cavabın verilməyə başlandığını bildirərək, terrora qarşı bütün vasitələrdən istifadə edərək çoxölçülü mübarizəni davam etdirdiklərini vurğulayıb. "Terrorun qaranlıq və qanlı kölgəsinin ölkəmizdən tamamilə çəkildiyi parlaq, dinc və təhlükəsiz Türkiyəni qurmaq məqsədimizə mütləq nail olacağıq", – deyə R.T.Ərdoğan əlavə edib.

Məqsədinin terrorsuz Türkiyə olduğunu və tam müstəqil, vahid, bütöv və firavan bir ölkə yaratmaq olduğunu vurğulayan Ərdoğan, terrorun mənbəyinin tamamilə məhv edilməsi üçün mübarizələrini davam etdirəcəklərini qeyd edib. "Bunun üçün lazımi addımları atacağıq", – deyə o bildirib.

Separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-nin tərk edilməyə və tək qalmağa məhkum olduğunu vurğulayan Ərdoğan, ABŞ-ın bu terror təşkilatını bir müddət qucağında daşıyacağını, lakin bu müddət bitdikdən sonra onları rahat buraxmaq məcburiyyətində qalacağını ifadə edib. "Bu, əbədi davam edə bilməz", – deyə Türkiyə Prezidenti əlavə edib.



Seçilən
27
trt.net.tr

1Mənbələr